Avropa mətbuatı erməni təcavüzündən yazdı
Məqalədə, həmçinin sentyabrın 27-də Prezident İlham Əliyevin Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək Azərbaycanın yaşayış məntəqələrini, eyni zamanda, hərbi mövqelərini atəşə tutması ilə bağlı Azərbaycan xalqına müraciətinə istinadən bildirilir: “Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb”.
Bundan başqa, məqalədə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün beynəlxalq səviyyədə pisləndiyi ilə bağlı fikirlər də yer alıb. Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın özünün “Twitter” hesabında Ermənistanın beynəlxalq hüququn prinsiplərini pozmasını pislədiyini bildirib.
Azvision.az