Trampın vəziyyəti necədir? - Həkimi açıqladı
"Bu gecə mən Prezident Tramp və birinci xanım Melanya Trampın SARS-CoV-2 virusuna qarşı testlərinin müsbət olduğunu təsdiqlədim. Prezident və birinci xanım özlərini yaxşı hiss edirlər. Onlar sağalanadək Ağ Evdə qalmağı planlaşdırırlar", - deyə həkim əlavə edib.
"Əmin ola bilərsiniz ki, prezidentdən sağalma müddətində vəzifələrini heç bir fasilə olmadan yerinə yetirməyə davam edəcəyini gözləyirəm".
Pərvanə Sultanova
Azvision.az