“Qəti şəkildə deyirəm, qadağan olunmuş silahlardan istifadə etmirik” - MN rəsmisi

 “Qəti şəkildə deyirəm, qadağan olunmuş silahlardan istifadə etmirik” -  MN rəsmisi
  07 Oktyabr 2020    Oxunub:2758
Azərbaycan Ordusu Dağlıq Qarabağdakı döyüş əməliyyatlarında qadağan olunmuş silah növlərindən istifadə etmir.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov TASS-a müsahibəsində deyib.

“Qəti olaraq deyirəm: heç bir şəkildə qadağan olunmuş silah növlərindən istifadə etmirik".

General mülki obyektlərin və mülki şəxslərin Azərbaycan qoşunlarının hədəfi olmadığını vurğulayıb. Mahmudovun sözlərinə görə, Azərbaycan Ordusu Cenevrə Konvensiyasına və beynəlxalq humanitar hüququn bütün normalarına uyğun olaraq hərbi əməliyyatlar aparır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ   Döyüş  





Xəbər lenti