İlham Əliyev: “Əməliyyat uğurla davam edir”
Dövlətimizin başçısı, həmçinin Ermənistan tərəfinin Azərbaycanın yaşayış məntəqələrini, mülki əhalini atəşə tutduğunu bildirərək deyib: “Bizim bir çox şəhərlərimiz, kəndlərimiz atəş altındadır. Bu günədək bizim mülki şəxslər arasında 30-a yaxın itkilərimiz, şəhidlərimiz var. Ermənistan silahlı qüvvələri bizim şəhərlərimizi, kəndlərimizi atəşə tutur və minə yaxın ev ya dağıdılıb, ya da böyük ziyan görüb. Lakin hər şey plan üzrə gedir və ümid edirəm ki, qarşıda duran vəzifələr icra olunacaqdır”.
Azvision.az
Teqlər: İlham-Əliyev Prezident