Ermənistanda biabırçılıq - Əsgərin dəfni zamanı evini qarət etdilər

 Ermənistanda biabırçılıq  - Əsgərin dəfni zamanı evini qarət etdilər
  14 Oktyabr 2020    Oxunub:10704
Ermənistanda müharibənin yaratdığı siyasi böhran genişlənməkdədir. İnsanlar artıq iqtisadi-sosial çətinliklərdən cana yığıldıqlarını gizlətmirlər, kriminal hadisələr isə günbəgün artır. İş o yerə çatıb ki, Dağlıq Qarabağda gedən döyüşlərdə məhv edilən erməni əsgərin dəfni zamanı onun evindən oğurluq olub.
Azvision.az -ın məlumatına görə, bununla bağlı dünəndən sosial şəbəkələrin erməni seqmentində paylaşımlar edilir. Erməni səhifələrindən biri “Shamshyan.com” saytında gedən yazıya istinadən yazıb: “Ermənistanda utancverici hadisə baş verib. 19 yaşlı əsgərimizin dəfn günü evi qarət edilib!”

Ermənilər sosial şəbəkələrdə yazdıqları rəylərdə bunu öz cəmiyyətləri üçün rəzalət, biabırçı addım kimi qimətləndirirlər. Şərhlərdə qeyd edilir ki, bu cür hallar ictimailəşdirilməməli, bu barədə statuslar təcili silinməlidir. Onlar qarşı tərəfin (Azərbaycanı nəzərdə tuturlar-red) bu cür hadisələrdən, faktlardan istifadə edəcəyindən çəkindiklərini vurğulayıblar. Hətta paylaşım edən “vətənpərvər” adminlərə ağır təhqirlər yağdıran ermənilər var ki, onlar müharibə şəraiti olduğu üçün belə hadisələrin gizlədilməsini vacib sayırlar.

Bütün bunlardan bir daha aydın olur ki, erməni cəmiyyəti həqiqətən çaşqınlıq içindədir, oğurluq və digər kriminal hadisələr baş alıb gedir. Hətta ölən əsgərinə belə hörmət qoymurlar.

Tural Tağıyev
Azvision.az



Teqlər: Düşmən   Ermənistan  





Xəbər lenti