Rusiya Türkiyəni atəşkəs üçün nüfuzundan istifadə etməyə çağırır

 Rusiya Türkiyəni atəşkəs üçün nüfuzundan istifadə etməyə çağırır
  26 Oktyabr 2020    Oxunub:1664
Rusiya Xarici İşlər naziri Sergey Lavrov Moskvanın Dağlıq Qarabağda atəşkəsin təmin edilməsi və dialoqa başlanması üçün Türkiyəni öz nüfuzundan istifadə etməyə çağırdığını bildirib.
Azvision.az xəbər verir ki, bu barədə Lavrov Yunanistan KİV-lərinə müsahibəsində deyib.

Lavrov ABŞ və Fransa nümayəndələrinin Moskvada iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında 11 saat davam edən danışıqlarının nəticəsində 10 oktyabrda atəşkəsin bərpasını və hərtərəfli danışıqlar prosesini nəzərdə tutan ortaq bəyanat qəbul edildiyini xatırladıb.

"Türk tərəfdaşlarımızı bu hədəfi dəstəkləmək üçün nüfuzundan istifadə etməyin uyğun olacağına inandırmağa davam edirik".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ  





Xəbər lenti