İranda koronavirusa yoluxanların sayı kəskin artdı

İranda koronavirusa yoluxanların sayı kəskin artdı
  01 Noyabr 2020    Oxunub:1835
İranda koronavirusa yoluxanların və ölənlərin sayında kəskin artım müşahidə edilir.
Azvision.az xəbər verir ki, son sutka ərzində 7820 nəfər koronavirusa yoluxub, 386 pasiyent vəfat edib. Bununla İranda virusa yoluxanların ümumi sayı 612 min 772, ölənlərin sayı isə 34 min 864-ə çatıb.

Hazırda müalicəsi davam edən 5 mindən çox xəstənin vəziyyəti ağır qiymətləndirilir. İndiyədək 481 min 930 pasiyent sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti