İsveçdə Azərbaycan Ordusuna dəstək yürüşü

İsveçdə Azərbaycan Ordusuna dəstək yürüşü
  01 Noyabr 2020    Oxunub:2075
İsveçin paytaxtı Stokholmda Azərbaycan Ordusuna dəstək məqsədilə avtomobil yürüşü təşkil olunub.
İsveçdə yaşayan azərbaycanlıların keçirdiyi yürüşdə Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmiş 40-a yaxın müxtəlif növlü nəqliyyat vasitəsi Stokholmun Strandvagen bulvarından başlayaraq şəhərin əsas küçələrinə yürüş edib.

Yürüşdə iştirak edən avtomobillər üzərində “Qarabağ Azərbaycandır!” kimi şüarları yerləşdirilib. İştirakçılar yerli ictimaiyyətin diqqətini Dağlıq Qarabağ münaqişəsindəki Azərbaycanın haqlı mövqeyinə yönəltməyə çalışıblar.

Azvision.az


Teqlər: İsveç   Yürüş   Ordu  



Xəbər lenti