Koronavirusa yoluxma sayı kəskin artır
Azvision.az "Worldometers" portalına istinadən xəbər verir ki, dünya ölkələri üzrə virusa yoluxma sayı 46 394 012, pandemiya qurbanlarının sayı 1 200 397 nəfərə çatıb. İndiyədək 33 487 667 nəfər xəstəlikdən sağalıb.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada son sutka ərzində koronavirusa yoluxanların sayı 535 928 nəfər artıb, 7246 pasiyent həyatını itirib.
Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemiya 210-dan çox ölkədə qeydə alınıb.
Azvision.az
Teqlər: Koronavirus Pandemiya