Tramp peyvənd olunmağı düşünmür

Tramp peyvənd olunmağı düşünmür
  14 Dekabr 2020    Oxunub:1004
ABŞ prezidenti Donald Tramp hələlik COVID-19 peyvəndi olmağı planlaşdırmadığını, ancaq lazımi anda etdirməyə hazır olduğunu bildirib.
Azvision.az xarici mətbuata istinadən bildirir ki, Ağ Evdə işləyənlərin peyvəndə xüsusi ehtiyacı yoxdursa, onlar daha sonra vaksinasiya proqramına daxil olmalıdırlar.

“Mən bununla bağlı düzəliş etməyi xahiş etdim. Təşəkkür edirəm”, deyə Tramp “Twitter”də yazıb.

Qeyd edək ki, “Bloomberg” agentliyi Tramp və digər yüksək səviyyəli amerikalı məmurların yaxın günlərdə COVID-19-a qarşı peyvənd olunma fürsəti tapacağını bildirmişdi.

"Peyvənd, hakimiyyətin hər üç qolunda ölkə üçün həyati funksiyaları yerinə yetirən liderlərə təklif ediləcək. Bəlkə də bazar ertəsi günü peyvəndləməyə başlayacaqlar"- deyə agentlik qeyd etmişdi.

Xatırladaq ki, ABŞ-da təcili istifadə üçün Pfizer və BioNTech şirkətlərindən birgə hazırladıqları peyvəndin istifadə edilməsi planlaşdırılır.

Azvision.az



Teqlər: ABŞ   Koronavirus   Peyvənd  



Xəbər lenti