Rusiyada kütləvi peyvəndləmə başlayır

 Rusiyada kütləvi peyvəndləmə başlayır
  17 Dekabr 2020    Oxunub:1453
Moskavada 21 dekabrdan etibarən sənaye, nəqliyyat və media işçiləri COVID-19 peyvəndi üçün qeydiyyatdan keçə biləcəklər.
Azvision.az xəbər verir ki, bu barədə Moskva meri Serqey Sobyanin məlumat verib.

Onun sözlərinə görə, bazar ertəsindən başlayaraq bu sektorların işçilərinin peyvənd olunması imkanları yaranacaq.

Mer bildirib ki, peyvənd üçün paytaxtda 70 məntəqə fəaliyyət götərir və ilk növbədə 18-60 yaş aralığıda insanlar vaksinasiya olunacaqlar. 60 yaşdan yuxarı insanlar isə bir qədər sonra peyvənd oluna biləcəklər.

Aytən Zəhra
Azvision.az


Teqlər: Rusiya   Peyvənd  



Xəbər lenti