Ermənistanda etiraz aksiyasında silah səsləri eşidildi- VİDEO

   Ermənistanda etiraz aksiyasında silah səsləri eşidildi-   VİDEO
  17 Dekabr 2020    Oxunub:3169
Ermənistanda etiraz aksiyası zamanı atəş səsləri eşidilib.
Azvision.az xəbər verir ki, Qafanda yolu bağlayan etirazçıları lentə alan jurnalistlər qəfildən atəş səsləri eşidiblər. İnsident barədə ətraflı məlumat verilmir.

Qeyd edək ki, noyabr ayından Ermənistanda etiraz aksiyaları keçirilir. Xalq Nikol Paşinyanın istefasını tələb edən şüarlar səsləndirərək ya yürüşlər təşkil edir, ya da yolu bağlamaqla müxtəlif məsələlərə öz etirazını bildirir.



Tural Tağıyev
Azvision.az



Teqlər: Ermənistan   Etiraz   Atəş  



Xəbər lenti