Dünyada bir gündə 642 mindən çox insan virusa yoluxub
Son 24 saat ərzində baş verən yoluxmaların 45 faizindən çoxu Şimali və Cənubi Amerikanın,(291 600), daha sonra Avropa bölgəsinin (269 527) və Cənub-Şərqi Asiyanın (34,284) payına düşür. Ən çox yoluxma halları 16 446 844nəfər ilə ABŞ-da qeydə alınıb. Daha sonrakı yerləri Hindistan (9 956 557), Braziliya (6 970 034), Rusiya (2 762 668), Fransa (2 367 648), Böyük Britaniya (1 913 281), İtaliya (1.888.144), İspaniya (1.773.290), Argentina (1.510.203), Kolumbiya (1.444.646), Almaniya (1.406.161) və Meksika (1.267.202) tutur.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


