Tokayev xarici banklarda hesab açılmasını qadağan edib

Tokayev xarici banklarda hesab açılmasını qadağan edib
  20 Dekabr 2020    Oxunub:1549
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bundan sonra dövlət qulluqçularının xarici banklarda hesab açmalarını qadağan edib.
Azvision.az xəbər verir ki, dövlət başçısı bununla bağlı qanunvericiliyə əlavə və dəyişikliklər edilməsi barədə qanun imzalayıb. Qanuna görə, xarici banklarda hesabların açılması, habelə respublikadan kənarda nağd pul və qiymətli əşyaların saxlanılması qadağandır. Qanun məsul dövlət vəzifələrini tutan və ya dövlət funksiyalarını icra etmək səlahiyyətinə malik olan şəxslərə və vəzifəli şəxslərə aiddir. Xarici hesablara sahib olma qadağası təkcə məmurlara deyil, parlament üzvləri və hakimlərə də şamil edilir. Bundan əlavə, düzəlişlər ağır və xüsusilə ağır korrupsiya cinayətlərində məhkum edilmiş şəxslərin şərti azadlığa buraxılması ehtimalını istisna edir.

Azvision.az



Teqlər: Qazaxıstan   Qanun   qadağa  



Xəbər lenti