Gürcüstanda bir gündə 39 nəfər virusdan öldü

Gürcüstanda bir gündə 39 nəfər virusdan öldü
  20 Dekabr 2020    Oxunub:1149
Gürcüstanda son sutka ərzində 1 731 nəfər koronavirusa yoluxub, 39 pasiyent vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi saytında məlumat yer alıb.

Ölkə üzrə ümumi yoluxma sayı 208 638-ə çatıb. İndiyədək 180 441 xəstə sağalıb, 2 094 nəfər dünyasını dəyişib. Hazırda karantində 481, stasionar nəzarətdə isə 6654 nəfər saxlanılır.

Qeyd edək ki, son vaxtlar Gürcüstanda yoluxma sayında ciddi artım müşahidə edilir.

Azvision.az



Teqlər: Gürcüstan   virus  



Xəbər lenti