Ermənistanda məğlubiyyətə görə 900-ə yaxın cinayət işi açılıb

Ermənistanda məğlubiyyətə görə 900-ə yaxın cinayət işi açılıb
  22 Dekabr 2020    Oxunub:1734
İkinci Qarabağ müharibəsində istər hərbi komandanlıq, istərsə də siyasi rəhbərlik tərəfindən törədilmiş qanunsuz hərəkətlərin araşdırılması üçün Ermənistanda 882 cinayət işi açılıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, araşdırmanı Xüsusi İstintaq Xidməti, Milli Təhlükəsizlik Xidmətinin İstintaq komitəsi və İstintaq şöbəsi aparacaq.

Məlumata görə, onlarla şəxsə qarşı ittiham irəli sürülüb.

Araşdırmalar rusiyalı jurnalist Semyon Peqovun (“WarGonzo” layihəsinin müəllifi) hazırladığı videoreportajlar daxil olmaqla, separatçıların rəhbəri Araik Arutyunyanın telefon danışıqları, “müdafiə ordusu”nun keçmiş komandanı, müharibə dövründə “təhlükəsizlik şurasının katibi” olmuş Samvel Babayanın müsahibəsi və digər materiallar əsasında aparılacaq.

Azvision.az


Teqlər: Ermənistan   Cinayət  



Xəbər lenti