Koçaryanın Moskva səfərinin detalları gizlədilir

 Koçaryanın Moskva səfərinin detalları gizlədilir
  22 Dekabr 2020    Oxunub:1929
Ermənistan mətbuatı keçmiş prezident, Qarabağ klanının əsas fiqurlarından olan Robert Koçaryanın Moskva səfərinin təfərrüatlarını dəqiqləşdirə bilməyib.

Azvision.az xəbər verir ki, üçgünlük səfər yekunlaşsa da, eks-prezidentin belə həssas dönəmdə Rusiyaya hansı səbəbdən üz tutması, kimlərlə görüş keçirməsi qaranlıq qalıb.
“Hraparak” bununla bağlı yazıb: “Keçmiş prezidentin səfəri yekunlaşıb və o, artıq ölkəyə qayıtsa da, Koçaryanın ofisindən məsələ ilə bağlı məlumat vermək istəmirlər. Viktor Soqomyan yalnız bunu deyib ki, səfər özəl xarakter daşıyıb, başqa bir informasiya verə bilmərik. Əldə etdiyimiz məlumata görə Koçaryan iddia edildiyi kimi Moskvaya AFK “Sistema”nın idarə heyətinin illik toplantısına qatılmaq məqsədi ilə getməyibmiş. Onun Rusiya ziyarətinin əsas hədəflərindən biri siyasi görüşlər keçirmək olub. Oğlu Levon Koçaryan isə səfərlə bağlı qısa olaraq “hər şey yaxşı keçdi” deyib…”

Qəzet, həmçinin iddia edir ki, əslində Koçaryanın Moskvada elə də əhəmiyyətli görüşləri olmayıb.

Tural Tağıyev
Azvision.az


Teqlər: Koçaryan   Moskva   Səfər  



Xəbər lenti