Ermənistanda etirazçılar magistral yolları bağladılar - VİDEO

 Ermənistanda etirazçılar magistral yolları bağladılar -   VİDEO
  22 Dekabr 2020    Oxunub:2832
Ermənistanda baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyaları davam edir.
Azvision.az xəbər verir ki, bu gün müxalifətin ümumxalq tətili elan etməsindən sonra Vanadzor-Yerevan avtomagistralı iflic vəziyyətinə düşüb. Etirazçılar yolu bağlayaraq nəqliyyatın hərəkətinə mane olublar. Onlar Paşinyanın istefasını tələb edirlər.

Hökumət binası qarşısında keçirilən aksiyada isə Daşnaksütyun partiyasının nümayəndəsi Qeqam Manukyan bildirib ki, Vanadzor-Yeravan yolu ilə yanaşı İcevan-Yeravan magistralı da etirazçılar tərəfindən bağlanıb.

Bundan əlavə, Paşinyanın həmyerliləri də (İcevan sakinləri - red) ona qarşı istefa çağırışlarına qoşulublar.



Tural Tağıyev
Azvision.az


Teqlər: Etiraz   Yerevan  



Xəbər lenti