Ohanyan Paşinyana qarşı etirazlara qoşuldu: “Kiçik insanlar dövlət başçısı ola bilməz”

  Ohanyan Paşinyana qarşı etirazlara qoşuldu:  “Kiçik insanlar dövlət başçısı ola bilməz”
  24 Dekabr 2020    Oxunub:1612
Dünən hava şəraitinin pis olmasına baxmayaraq, Ermənistanın Respublika meydanında müxalifətin növbəti mitinqi keçirilib.
Azvision.az xəbər verir ki, bu dəfə mitinqə ölkənin keçmiş müdafiə naziri Seyran Ohanyan da qatılıb.

O, baş nazir Nikol Paşinyana qarşı çıxış edərək deyib: “Son vaxtlarda təcrübəsiz, məqsədsiz insanların təyinatları artdı. Kiçik insanlar dövlət başçısı ola bilməzlər. Təcrübəli adamlar səxavətli olarlar. Bu gün təcrübəli insanlara ehtiyacımız var və təcrübə də elə-belə yaranmır".

Keçmiş ordu rəhbəri nəticəsi ağır olan, ermənilərin uğursuzluqlarının açıq-aşkar göründüyü məlum kapitulyasiya sənədindən və müharibədən danışmayacağını söyləyib. Ohanyana görə, bu sənəd nəticəsində yaranan vəziyyətdən çıxmaq üçün erməni xalqı çox səy göstərməlidir.

O, həmçinin iddia edib ki, guya məğlubiyyət yalnız uğursuz hakimiyyətə məxsusdur: “Ancaq bu müharibədə erməni ordusu, layiqli generallar, komandirlər və əsgərlər məğlubiyyət almadılar. Hökumət savadsız mütəşəkkil hərəkətləri ilə məğlub oldu”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ohanyan   Məğlubiyyət  



Xəbər lenti