İrəvanda polis hökumət binasını əhatəyə aldı - VİDEO

İrəvanda polis hökumət binasını əhatəyə aldı -  VİDEO
  24 Dekabr 2020    Oxunub:1524
Bu gün səhər saatlarında Ermənistanda hökumət binasının qarşısına xeyli sayda polis qüvvələri cəlb edilib.
Azvision.az xəbər verir ki, buna səbəb müxalifətin hökumətin növbəti toplantısına əngəl olacağı ilə bağlı bəyanatıdır.

Xatırladaq ki, dünən müxalifət nümayəndələri dekabrın 24-də səhər saatlarından hökumət binasının qarşısını bloklayacaqlarını söyləmişdilər. Bununla bağlı xalqa çağırış edən Daşnaksütyun partiyasının funksioneri Gekam Manukyan baş nazir Nikol Paşinyanı hökumət binasına buraxmayacaqlarını deyib. Bu səbəbdən polis qüvvələri hökumət binasını bloklayaraq etirazçıları qabaqlayıb.



Tural Tağıyev
Azvision.az


Teqlər: Polis   Müxalifət   Ermənistan  



Xəbər lenti