İrəvanda etirazlar səngimir: “Hökumət ölkəni məhv edir”

 İrəvanda etirazlar səngimir:  “Hökumət ölkəni məhv edir”
  24 Dekabr 2020    Oxunub:1128
“Bu anti-erməni hökumətin fəaliyyəti xalqımızın maraqlarına uyğun deyil. Dərhal hökumət buraxılmalıdır”.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə verdiyi açıqlamada “Daşnaksütyun” partiyasının Ali Şurasının sədri İşxan Sağatelyan deyib.

O bildirib ki, Ermənistan vətəndaşları indiki hökumətin fəaliyyətini davam etdirəcəyi təqdirdə sosial fəlakətlərin ağır milli nəticələri olacağını anlamalıdırlar: “İndi burada dayanan polis işçiləri 2 aydan sonra maaşlarını almayacaqlar, təqaüdçülər pul ala bilməyəcəklər. Bu hökumət ölkəni məhv edəcək".

Qeyd edək ki, səhər saatlarından etibarən polis Melik Adamyan küçəsini hər iki tərəfdən bağlayıb və hökumət binasını blokadaya alıb. Bundan başqa, xeyli sayda polis qüvvələri avtobuslarda hökumət binasına yaxın ərazilərə gətirilib. Onlar növbə ilə hökumət binasının qarşısında 5-6 müdafiə xətti qurublar.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Polis  



Xəbər lenti