İrəvanda XTQ qorxusu: Ermənilər təşvişə düşdü

 İrəvanda XTQ qorxusu:  Ermənilər təşvişə düşdü
  24 Dekabr 2020    Oxunub:11805
“Xüsusi təyinatlı qüvvələr İrəvan küçələrində baş nazir Nikol Paşinyanı mühafizə edirlər”.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın Polşadakı keçmiş səfiri Edqar Kazaryan deyib. Onun sosial şəbəkə hesabında paylaşdığı foto ermənilər arasında çaşqınlığa səbəb olub.
Sosial şəbəkələrin erməni seqmentində yayılan həmin foto geniş müzakirələrə yol açıb.

Kazaryan isə gördüyü mənzərəni belə şərh edib: “İrəvan küçələrində xüsusi təyinatlılar dolaşır. Məni hərbçilərin əynində gördüyüm Azərbaycan Ordusuna (XTQ-red) məxsus formalar narahat etdi. Amma yaxınlaşıb soruşanda onların erməni olduqlarını anladım”.

Tural Tağıyev
Azvision.az


Teqlər: İrəvan   Ermənistan   XTQ  



Xəbər lenti