“Cənubi Qafqazda münaqişə potensialı qalır” - General Gerasimov

 “Cənubi Qafqazda münaqişə potensialı qalır” -  General Gerasimov
  24 Dekabr 2020    Oxunub:3124
Mövcud beynəlxalq vəziyyət qlobal və regional təhlükəsizlik problemlərinin daha da kəskinləşməsi ilə xarakterizə olunur, Cənubi Qafqazda münaqişə potensialı qalır.
Azvision.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Müdafiə nazirinin birinci müavini ordu generalı Valeri Gerasimov deyib.

"Dünyada artan gərginliyə terrorizmin və radikal ekstremizmin genişlənməsi, koronavirus infeksiyasının yayılması fonunda davam edən qlobal iqtisadi tənəzzül və bir sıra dövlətlərin dağıdıcı xarici siyasəti kömək edir. Suriya, İran, Əfqanıstan və Liviyada terror fəaliyyəti davam edir", -deyə o əlavə edib.

Baş Qərargah rəisi bildirib ki, İran-Amerika münasibətlərindəki gərginlik dərəcəsi azalmır.

Azvision.az


Teqlər: Rusiya   Ordu  



Xəbər lenti