İrəvanda 77 etirazçı saxlanılıb

   İrəvanda 77 etirazçı saxlanılıb
  24 Dekabr 2020    Oxunub:1798
Ermənistanın paytaxtı İrəvanda hökumət binası yaxınlığında toplaşan etirazçıların 80 nəfərə yaxını saxlanılaraq polis bölməsinə aparılıblar.
Azvision.az xəbər verir ki, bu bardə məlumatı RİA "Novosti" verib.

Qeyd edək ki, Respublika meydanında Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən aksiya iştirakçıları hökumət evinə gedən yolu bağlayıblar. Müxalifət qüvvələri Nazirlər Kabinetinin işini dayandırmağa, baş nazir Nikol Paşinyanı təcili istefa verməyə çağırıblar.

Azvision.az


Teqlər: Ermənistan   Müxalifət  



Xəbər lenti