“Forbes” dünyanın ən varlı insanlarının adını açıqladı

   “Forbes” dünyanın ən varlı insanlarının adını açıqladı
  24 Dekabr 2020    Oxunub:1544
"Forbes" jurnalı dünyanın ən varlı insanlarının reytinqini açıqlayıb.
Azvision.az xəbər verir ki, ümumdünya reytinqində birinci yeri “Amazon” korporasiyasının rəhbəri Ceff Bezos tutur. Ceff Bezosun varidatı 185,8 milyard dollar təşkil edib. Siyahıda ikinci yerdə Fransanın LVMH (Louis Vuitton Moet Hennessy) kompaniyalar qrupunun baş direktoru Bernar Arno qərarlaşıb. Onun varidatı 146,1 milyard dollar həcmində qiymətləndirilir.

ABŞ-ın “Tesla” və “Space X” kimi şirkətlərinin təsisçisi İlon Mask (Elon Musk) dünya zənginləri siyahısında üçüncü pillədədir. O, 143,9 milyard dollarlıq varidatın sahibdir.

Siyahıda dördüncü yerdə “Microsoft” şirkətinin təsisçilərindən 119,6 milyard dollarlıq varidat sahibi Buill Qeyts, beşinci yerdə isə “facebook” şirkətinin sahibi, 98,5 milyard dollara malik Mark Zukerberq qərarlaşıb.

Rusiyalı milyarderlərin reytinqində ilk sıranı Novolipetsk Metallurgiya Kombinatının əsas sahibi, Direktorlar Şurasının sədri Vladimir Lisin tutub. Onun sərvəti 26,1 mlrd. dollar (illik artım – 27 milyon dollar) məbləğində dəyərləndirilib.

Həmçinin, ən varlı Rusiya milyarderlərinin siyahısına Gennadi Timçenko, Alişer Usmanov, Leonid Mixelson, Vahid Ələkbərov, Qod Nisanov, Zarax İliyev , Mixail Fridman, Vladimir Potanin, Andrey Melniçenko, Viktor Vekselberq, Roman Trotsenko, Sergey Qordeyev və Aleksandr Klyaçin daxil olub.

Azvision.az




Teqlər: Forbes   Milyarder  



Xəbər lenti