Cəbrayıl və Suqovuşanda 4 erməni cəsədi tapıldı

Cəbrayıl və Suqovuşanda 4 erməni cəsədi tapıldı
  25 Dekabr 2020    Oxunub:1391
Ötən gün Azərbaycanın işğaldan azad edilən ərazilərində aparılan axtarış tədbirləri zamanı itkin sayılan daha 4 erməni hərbçisinin cəsədi aşkarlanıb.
Azvision.az xəbər verir ki, 3 erməni əsgərinin cəsədinin qalıqları Cəbrayıl ərazisində, 1 nəfərin meyiti isə Suqovuşanda tapılıb.

Məlumata görə, bu gün axtarış tədbirləri Füzuli, Zəngilan, Cəbrayıl və Suqovuşanda davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan tərəfi bu günədək Azərbaycan ərazilərindən 1073 hərbçisinin cəsədini götürüb.

Tural Tağıyev
Azvision.az


Teqlər: Erməni-cəsədi   Suqovuşan   Cəbrayıl  



Xəbər lenti