Türkiyə-İsrail münasibətləri martdan normallaşa bilər

 Türkiyə-İsrail münasibətləri martdan normallaşa bilər
  25 Dekabr 2020    Oxunub:1825
Türkiyə ilə İsrail arasında diplomatik əlaqələr mart ayının sonundan başlayaraq yenidən normallaşa bilər.

Azvision.az xəbər verir ki, bu barədə “CNNTürk” İsrail mediasına istinadla yazıb. Qeyd edilib ki, tərəflər qarşılıqlı səfir təyinatları həyata keçirə bilərlər. İsrail mediası Prezident İlham Əliyevin iki ölkə arasında vasitəçilik etdiyini bildirir.
ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanıması və İsrail təhlükəsizlik qüvvələrinin fələstinli etirazçılara qarşı müdaxiləsindən sonra Türkiyə və İsrail səfirlərini qarşılıqlı olaraq geri çağırıb. İki ölkə arasında 2018-ci ilin mayında səfirlərin qarşılıqlı olaraq geri çağrılmasından sonra münasibətlərdəki gərginliyin aradan qalxacağı, səfir təyinatlarının həyata keçiriləcəyi iddiası gündəmdədir.

Təl-Əvivin xəbər saytı “Walla” Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə ilə İsrail arasındakı əlaqələrin normallaşmasına vasitəçilik etdiyi iddiasını gündəmə gətirib.

Məlumata görə, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Prezident İlham Əliyev müsbət cavab alıb.

İsrailli rəsmilər ikitərəfli münasibətlərin normallaşması üçün "açarın" Prezident Ərdoğanın əlində olduğunu söyləyiblər.

23 mart 2021-ci ildə İsraildə keçiriləcək erkən seçkilərdən əvvəl mümkün normallaşma gözlənilmir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İsrail   Türkiyə  



Xəbər lenti