Rusiyada yoluxma sayı 29 mindən çox artdı

Rusiyada yoluxma sayı 29 mindən çox artdı
  25 Dekabr 2020    Oxunub:1152
Rusiyada son sutka ərzində koronavirusa 29 018 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 2 992 706 nəfərə çatıb.

Rusiyada son sutkada 563 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 53 659 nəfərdir. İndiyədək 2 398 254 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  



Xəbər lenti