Ermənistanda partiya sədrinə ittiham elan olundu

Ermənistanda partiya sədrinə ittiham elan olundu
  25 Dekabr 2020    Oxunub:1168
Ermənistanın “Milli Təhlükəsizlik” partiyasının sədri Qarnik İsaqulyana ittiham elan edilib.
Azvision.az xəbər verir ki, müxalif siyasətçi yalan məlumatlar yaymaqda, zorakılığa çağrışda və yaxud zorakılığın təbliğində ittiham olunur.

Məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün vəsatət qaldırılıb, lakin təmin olunmayıb, ilkin istintaq davam edir.

Məlumata görə, İsaqulyana qarşı hakim “Mənim addımım” fraksiyasının lideri Lilit Makuntsun da iddia qaldırıb. O, şərəf və ləyaqətinə dəyən zərərin ödənilməsini tələb edir.

Xatırladaq ki, İsaqulyan “Youtube”da yayılan videoda "Nikolu kim güllələsə, milli qəhrəman adına layiq görülməlidir və ya bir milyon dollar mükafat verilməlidir" çağrışını səsləndirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Partiya  



Xəbər lenti