İtkin əsgərlərin ailələri Paşinyanla görüşdən narazı qaldı

 İtkin əsgərlərin ailələri Paşinyanla görüşdən narazı qaldı
  25 Dekabr 2020    Oxunub:1700
İtkin düşən erməni hərbçilərin yaxınları baş nazir Nikol Paşinyanla görüşün nəticələrindən narazı qalıblar.
Azvision.az xəbər verir ki, bu barədə əsgərlərin valideynləri bildiriblər. Görüş təxminən üç saat davam edib.

Əsgər yaxınları daha əvvəl "KamAZ" markalı yük maşınlarının köməyi ilə Baqramyan prospektini bağlayıblar, Paşinyan onlarla görüşəcəyinə söz verdikdən sonra yolu açıblar.

"Paşinyan bizi qəbul etdi və dinlədi. Ancaq valideynlər sual vermək üçün deyil, sualların ən azı 60-70 faizinə cavab almaq üçün buraya toplaşdılar. Mənim üçün bu görüş heç nəyi dəyişdirmədi, suallarımıza cavab almadıq və narazıyıq", - deyə əsgər valideyni vurğulayıb.

Onun sözlərinə görə, görüş zamanı Paşinyan bu mövzuda danışıqların Azərbaycan tərəfi ilə aparılacağına söz verib.

Xatırladaq ki, itkin düşən əsgərlərin valideynləri vaxtaşırı dövlət qurumlarının binaları yaxınlığında etiraz aksiyaları keçirirlər. Onlar bir neçə dəfə baş nazirlə görüşsələr də, nəticədən narazı qalıblar və etirazlarını davam etdirirlər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan   İtkin   Əsgər  



Xəbər lenti