MAR-da BMT-nin sülhməramlıları öldürüldü

MAR-da BMT-nin sülhməramlıları öldürüldü
  26 Dekabr 2020    Oxunub:1300
Naməlum silahlılar BMT-nin Mərkəzi Afrika Respublikasında (MAR) sabitləşdirmə üzrə çoxprofilli kompleks missiyasının sülhməramlılarına hücum edib.
Azvision.az xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində üç sülhməramlı öldürülüb, ikisi yaralanıb.

Baş katibin nümayəndəsi ölkə hakimiyyətini hücumları araşdırmağa və günahkarları dərhal məsuliyyətə cəlb etməyə çağırıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: sülhməramlı  



Xəbər lenti