Fərhad Mollazadə və Səlim Əlizadə ev dustaqlığına buraxıldı

Fərhad Mollazadə və Səlim Əlizadə ev dustaqlığına buraxıldı
  26 Dekabr 2020    Oxunub:2108
Bu gün Səbail Rayon Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) sabiq vəzifəli şəxsləri - Fərhad Mollazadə və Səlim Əlizadənin barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.
Azvision.az xəbər verir ki, hakim Şəhla Süleymanovanın sədrlik etdiyi iclaslarda hər iki vəsatət təmin edilib.

Təqsirləndirilən şəxslər ev dustaqlığına buraxılıblar.

Qeyd edək ki, XİN-in sabiq işçiləri Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə saxlanılıblar. Keçirilən əməliyyat nəticəsində XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.

Azvision.az


Teqlər: XİN   Məhkəmə  






Xəbər lenti