50 minə yaxın Vətən müharibəsi iştirakçısı təltif olunub
Həmçinin 3598 nəfər “Vətən uğrunda”, 622 nəfər “İgidliyə görə”, 1113 nəfər “Döyüşdə fərqlənməyə görə”, 5449 nəfər “Cəsur döyüşçü”, 12 522 nəfər “Cəbrayılın azad olunmasına görə”, 13 955 nəfər “Füzulinin azad olunmasına görə”, 7991 nəfər “Xocavəndin azad olunmasına görə”, 3549 nəfər “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunublar.
İndiyədək təltif olunanların ümumi sayı 49 858-dir.
Hərbi qulluqçuların təltif olunması davam etdiriləcək.
Qeyd edək ki, bu təltiflər Vətən müharibəsində iştirak edən hərbi qulluqçuların xidmətlərinin Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilməsinin təsdiqidir.
Azvision.az
Teqlər: Vətənmüharibəsi







Vaxtında, Aydın, Lazımlı!


