DİN-dən hərbçinin postdan buraxılmaması ilə bağlı iddiaya cavab

DİN-dən hərbçinin postdan buraxılmaması ilə bağlı   iddiaya cavab
  27 Dekabr 2020    Oxunub:3704
Sosial şəbəkələrdə Gəncə şəhərinin çıxışındakı stasionar polis postunda bir nəfər hərbçinin şəhərə avtomobillə buraxılmaması ilə bağlı yayılan görüntülər Gəncə Şəhər Baş Polis İdarəsində araşdırılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a bildirilib ki, dekabr ayının 25-də gecə saatlarında hərbçinin müştəri qismində taksi ilə Gəncə şəhərinin Hacıməlikli girişindəki xüsusi karantin rejimi ilə əlaqədar qurulan stasionar polis postundan şəhərə daxil olmaq istəyərkən polis əməkdaşları tərəfindən müvafiq icazələrin olmadığı müəyyən edilərək, taksi sürücüsünün şəhərə girişi qadağan olunub, hərbi geyimli şəxs isə avtomobildən düşərək piyada şəhər ərazisinə daxil olaraq gedib.

Məlumatda qeyd olunub ki, həmin şəxsin sonradan video çəkərək polis əməkdaşlarının guya ondan pul istəməsi ilə bağlı iddiası həqiqətə uyğun deyil.

Azvision.az


Teqlər: DİN   Gəncə  






Xəbər lenti