Goranboyda karantini pozan Bakı sakinləri məsuliyyətə cəlb edildi

Goranboyda karantini pozan Bakı sakinləri məsuliyyətə cəlb edildi
  27 Dekabr 2020    Oxunub:1126
Goranboyda xüsusi karantin rejimini pozan Bakı sakinləri inzibati məsuliyyətə cəlb edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, Xocalı rayon Polis Şöbəsinin əməkdaşları Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində xidmət apararkən Bakı şəhərinin Qobustan rayon sakinləri Şahmirzə Balayev, Cahid Əliyev və Samir Rahmanovun yaşadıqları yeri xüsusi icazəyə malik olmadan tərk etdiklərini aşkar edib.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) protokol tərtib edilərək 200 manat həddində cərimə edilib.

Azvision.az


Teqlər: DİN   Goranboy  






Xəbər lenti