Daha bir ölkədə virusun yeni ştammı aşkarlandı
Dekabrın ortalarında Britaniyada koronavirusun yeni variantı aşkar edilib. Virusun yeni variantı, ilkin hesablamalara görə, həmişəkindən 70% daha çox yoluxucu ola bilər, bununla belə, hələlik onun ölümcül olduğunu və ya xəstəliyin daha ağır bir gedişinə yol açacağını təsdiqləyən ciddi bir fakt yoxdur. Koronavirusun yeni ştammı artıq səkkiz ölkədə aşkar edilib.
Cənubi Koreya, Rusiya da daxil olmaqla bir sıra ölkələr Britaniyaya uçuşları dayandırıb.
Xatırladaq ki, Cənubi Koreyada son sutka ərzində koronavirusa 808 yeni yoluxma qeydə alınıb, ümumilikdə virusa 57 680 nəfər yoluxub.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: koronavirus







Vaxtında, Aydın, Lazımlı!


