Britaniyada yoluxma pik həddə çatdı

   Britaniyada yoluxma pik həddə çatdı
  29 Dekabr 2020    Oxunub:1075
Böyük Britaniyada son sutka ərzində 41 385 nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Bildirilib ki, bu, pandemiya dövründə qeydə alınan rekord göstəricidir.

Ölkə üzrə koronavirusa yoluxanların ümumi sayı 2 329 730 nəfərə çatıb. Ötən 24 saatda daha 357 pasiyent dünyasını dəyişib. Bununla pandemiya qurbanlarının sayı 71 109-a yüksəlib.

Azvision.az


Teqlər: Britaniya   Koronavirus   Pandemiya  



Xəbər lenti