“Britaniya ştammı” daha bir ölkədə yayıldı

“Britaniya ştammı” daha bir ölkədə yayıldı
  29 Dekabr 2020    Oxunub:1680
Hindistanda yeni koronavirus ştammına 6 yoluxma qeydə alınıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Hindistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Virusa yoluxmuş altı nəfərin hamısı bu yaxınlarda Böyük Britaniyadan qayıdıb.

"Britaniyadan qayıdan altı nəfərin nümunələri müsbət olub. Virusun yeni növünə yoluxmuş üç nəfər Banqalor, ikisi Heydərabad, biri Punedə təsbit edilib".

25 noyabr-23 dekabr tarixlərində Britaniyadan Hindistanın müxtəlif hava limanlarına təxminən 33 min sərnişin gəlib. Koronavirus üçün götürülən nümunələrin 114-ü müsbət olub. Hindistan, yeni koronavirus növünün meydana gəlməsi səbəbiylə 23 dekabrdan bəri Britaniya ilə bütün reysləri dayandırıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: koronavirus  



Xəbər lenti