Ermənistanın iki hərbçisi yol qəzasında öldü

Ermənistanın iki hərbçisi yol qəzasında öldü
  29 Dekabr 2020    Oxunub:1152
Qafan-Gorus yolunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidməti məlumat yayıb.

Avtomobil dərəyə düşərək, təxminən 400 metr dərinliyə yuvarlanıb.

İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb. Əraziyə keçid çətin olduğu üçün xilasedicilər, həkimlər, polis və müstəntiqlər dərəyə düşən maşına yaxınlaşa bilməyiblər.

"Mitsubishi Montero" avtomobilində olan iki nəfər Ermənistan silahlı qüvvələrinin hərbçiləridir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qəza   Erməni   Hərbçi  



Xəbər lenti