Xaricdə olan 600-dən çox tələbəyə yardım edilib

Xaricdə olan 600-dən çox tələbəyə yardım edilib
  29 Dekabr 2020    Oxunub:2039
"COVID-19 pandemiyası ilə əlaqədar İran, Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, Ukrayna, Belarus, ABŞ və digər ölkələrdən Vətənə qayıtmaq arzusunda olan 15 000-dən çox Azərbaycan Respublikası vətəndaşının təxliyəsi həyata keçirilib".
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 2020-ci ilin yekunlarına dair mətbuat buraxılışında qeyd olunub.

"Cari ildə Xarici İşlər Nazirliyinin tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) vasitəsilə bir sıra ölkələrdə təxliyə üçün müraciət edənlərin sırasında ciddi maddi sıxıntı ilə üzləşən azərbaycanlı tələbələrə mailiyə dəstəyi göstərilib, həmçinin 20 ölkədə yaşayan 600 nəfərdən çox son dərəcə çətin vəziyyətdə olan tələbələrin hər birinə birdəfəlik maliyyə müavinəti təqdim edilib", - deyə məlumatda bildirilib.

Azvision.az


Teqlər: XİN   Tələbə  



Xəbər lenti