Soçidə Çavuşoğlu Lavrovla təkbətək görüşdü

Soçidə Çavuşoğlu Lavrovla təkbətək görüşdü
  29 Dekabr 2020    Oxunub:1944
Soçidə Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə təkbətək görüşü keçirilib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Xatırladaq ki, Çavuşoğlu Türkiyə-Rusiya Ortaq Strateji Planlaşdırma Qrupunun 8-ci iclasında iştirak etmək üçün Soçiyə səfər edib.

Daha əvvəl Çavuşoğlu bildirib ki, bir sıra regional və beynəlxalq məsələlərlə yanaşı Dağlıq Qarabağ, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılması, eləcə də Azərbaycanın sərhəd təhlükəsizliyi mövzularını həmkarı ilə müzakirə edəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çavuşoğlu   Lavrov  



Xəbər lenti