“Qarabağ ilin ən önəmli hadisəsi oldu” - Çavuşoğlu
Azvision.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilin yekunları ilə bağlı mətbuat konfransında deyib. O bildirib ki, 30 il diplomatiya ilə həllini tapmayan Qarabağ problemi meydanda həll olundu, Azərbaycan haqqını geri aldı.
Çavuşoğlu, həmçinin bildirib ki, hazırda Qarabağda ortaq Türkiyə-Rusiya Monitorinq Mərkəzi qurulur:
“Əsgərlərimiz Azərbaycana getdi. Dünən Soçidə həmkarım Lavrovla bu məsələləri müzakirə etdik. Əgər Ermənistan atəşkəsə riayət edərsə, Azərbaycanın, eyni zamanda bütün qonşularının ərazi bütövlüyünə hörmətlə yanaşarsa, münasibətlər normallaşa bilər. Prezident İlham Əliyevin, həmçinin Türkiyə Prezidenti Ərdoğanın bu istiqamətdə açıqlamlarını xatırlayırsınız. Bu normallaşmadan ən çox Ermənistan və erməni xalqı yararlanacaq. Ona görə də qarşı tərəfdən hərəkət gözləyirik".
Pərvanə Sultanova
Azvision.az
Teqlər: DağlıqQarabağ