“Sizin qatarınız gedib, xəbəriniz yoxdur” - Paşinyanla 3 dəqiqəlik görüş
“Baş nazir bu hərəkətdən məmnun olmayıb. Koronavirusdan sağalan Tsarukyan rişxəndlə infeksiyanın yayılmasının qarşısını almaq üçün belə davrandığını deyib”.
Həmçinin qeyd edilir ki, Nikol Tsarukyanın konstitusiya dəyişikliyi ilə bağlı mövqeyi haqqında soruşub. Partiya lideri buna belə cavab verib: "Hörmətli Paşinyan, sizin qatarınız gedib, sadəcə xəbəriniz yoxdur".
Paşinyan isə Tsarukyanın diqqətinə çatdırıb ki, ona qarşı bir sıra cinayət işlərinin dayandırılması barədə təlimat verib. Bu fikirlərə cavab olaraq Tsarukyan hələ bir neçə ay əvvəl hökumətin istefasını tələb etdiyini və saxta cinayət işlərindən də qorxmamasını sübut etdiyini söyləyib. "Əgər xilas olmaq istəyirsənsə, istefa ver", - deyərək partiya rəhbəri ayağa qalxaraq otağı tərk edib.
O, qapıya çatarkən Paşinyanın digər fikirlərinə də cavab verib: “Mənə qarşı etdiklərinizdən sonra bura gəlməməli idim. Amma dövlətimiz naminə bu görüşə gəldim və getməyiniz dövlətin maraqlarına uyğundur”.
Tural Tağıyev
Azvision.az
Teqlər: İstefa Tsarukyan Paşinyan Görüş