“Brexit” üzrə keçid dövrü başa çatdı

 “Brexit” üzrə keçid dövrü başa çatdı
  01 Yanvar 2021    Oxunub:1318
Böyük Britaniya ilə Avropa İttifaqı arasında "Brexit" üzrə keçid dövrü başa çatıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, tərəflər arasında ticarət və əməkdaşlıq üzrə razılaşma qüvvəyə minib.

"Brexit"dən sonra 11 ay davam edən keçid dövrü Bakı vaxtı ilə yanvarın 1-i saat 03:00-da başa çatıb.

Bununla da Böyük Britaniya Avropa İttifaqının vahid bazar və görmük ittifaqından çıxıb, lakin tərəflər rüsumsuz və kvotasız ticarəti davam etdirəcəklər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Brexit  



Xəbər lenti