Portuqaliyanın Aİ Şurasında sədrliyi başlayıb

Portuqaliyanın Aİ Şurasında sədrliyi başlayıb
  01 Yanvar 2021    Oxunub:1174
1 yanvar tarixindən Avropa İttifaqı (Aİ) Şurasına sədrlik Almaniyadan Portuqaliyaya keçib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, sədrlik altı ay davam edəcək və 1 iyulda Sloveniyaya keçəcək.

Bu, Portuqaliyanın Aİ Şurasında dördüncü sədrliyidir. Sədrlik rotasiya qaydasında həyata keçirilir.

Bundan əvvəl, ölkənin Baş naziri Antonio Kosta Portuqaliyanın sədrliyi üçün üç əsas prioritetini açıqlayıb: "Bunlar iqtisadi dirçəliş, sosial dayaqların gücləndirilməsi və dünyaya daha açıq olan müstəqil bir Avropanın yaradılmasıdır".

Qeyd edək ki, yanvarın 5-də Aİ Şurasının rəhbəri Şarl Mişelin Lissabona səfəri gözlənilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Avropaİttifaqı  



Xəbər lenti