Havayda günəşdən qoruyucu kremlərin satışı qadağan edildi

Havayda günəşdən qoruyucu kremlərin satışı qadağan edildi
  01 Yanvar 2021    Oxunub:1569
ABŞ-ın Havay ştatında tərkibində mərcan riflərinə zərər verən maddələr olan günəşdən qoruyucu kremlərin satışını qadağan edən qanun qüvvəyə minib.
Azvision.az xəbər verir ki, müvafiq təşəbbüs hələ 2018-ci ilin mayında yerli qanunvericilər tərəfindən təsdiqlənib və iki ay sonra qanun layihəsini ştatın qubernatoru David İqe imzalayıb.

Beləliklə, 1 yanvar 2021-ci ildən etibarən Havay, tərkibində oksibenzon və oktinoksant kimi kimyəvi maddələr olan günəşdən qoruyucu kremlərin satışını qadağan edən ilk ştat oldu. Qanunda bu cür məhsulların həkim resepti əsasında satılmasına icazə verən yeganə istisna var.

Havay səlahiyyətliləri alimlərin araşdırmalarına istinadən bildiriblər ki, oksibenzon və oktinoksant okeanın ekosisteminin bir hissəsi olan və adalara çox sayda turisti cəlb edən mərcan rifləri üçün təhlükə yaradır. Belə ki, bu iki kimyəvi maddə mərcan riflərinin rəngini, onları yaradan orqanizmlərin DNT-sini dəyişdirir. Nəticədə canlı orqanizm ölür. Kimyəvi maddələr gənc mərcanlara xüsusilə tez təsir edir.

Azvision.az


Teqlər: ABŞ   Havay  



Xəbər lenti