Döyüşdən məğlub qayıdan erməni əsgərlərə cərimə “sürprizi”

Döyüşdən məğlub qayıdan erməni əsgərlərə  cərimə “sürprizi”
  01 Yanvar 2021    Oxunub:5210
“Müharibəyə gedəndə bizə bel çantası, dəsmal, “plaş” və digər ləvazimatlar verilirdi. İndi onları geri tələb edirlər”.
Azvision.az xəbər verir ki, bunu döyüşlərə qatılmış erməni əsgər deyib. Məsələni erməni fəal Aleksandr Martirosyan ictimailəşdirib. O, rəsmi sənəd əsasında məsələni gündəmə daşıyaraq bildirib ki, bu cür anormallıq heç yerdə görülməyib.

Martirosyanın təqdim etdiyi ordu adına biabırçı olayı dərc edən erməni mediası yazır ki, əgər kimsə sadalanan standart hərbi əşyaları geri təhvil verə bilmirsə, onu cərimə gözləyir. Bu cərimənin adını isə sənəddə göstərildiyi kimi "dövlətə maddi ziyan" qoyurlar.

Məqalədə deyilir: "Müharibə başlayanda Arabkir hərbi komissarlığından Aşot Avaqyan adlı vətəndaşa hərbi çağırış gəlib. Döyüşlər zamanı Suqovuşanda olub və müharibə dayandırıldıqdan 7 gün sonra evə buraxılıb. Amma Aşot hərbi komissarlıqdan hərbi biletini geri alanda heyrətə gəlib. Sən demə, müharibədə döyüşmüş əsgər pul ödəməlidir".

"Müharibəyə gedəndə bizə bel çantası, dəsmal, “plaş” və digər ləvazimatlar verilirdi. İndi isə onları geri tələb edirlər. Məgər heç kim anlamırmı ki, biz harada olmuşuq, haralardan və nələrdən keçmişik? Bütün bunları niyə mütləq qaydada olduğu kimi qaytarmalıyıq axı. İndi əyri-əskikliklərə görə pul tələb edilir. Pulun məbləği 15 min 334 dramdır. Mən artıq ödəmişəm və ödəməyə imkanım oldu. Amma nə qədər insan var ki, bunu ödəməyə gücü çatmır" - deyə Aşot bildirib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Erməni-əsgəri   Hərbi-əşya  



Xəbər lenti