Braziliyada minlərlə yeni yoluxma qeydə alındı

Braziliyada minlərlə yeni yoluxma qeydə alındı
  03 Yanvar 2021    Oxunub:1530
Braziliyada son sutka ərzində 314 nəfər koronavirus infeksiyasının qurbanı olub.
Azvision.az xəbər verir ki, bu barədə Braziliya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə indiyədək 195 725 nəfər COVID-19 virusundan ölüb. İnfeksiyaya yoluxanların sayı 15 827 nəfər artaraq 7 716 405-ə çatıb. İndiyə qədər 6 769 420 xəstə sağalıb.

Qeyd edək ki, Braziliya koronavirusa yoluxma sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdədir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Brazilya   virus  



Xəbər lenti