“Zərifin dedikləri tamamilə cəfəngiyyatdır” - İsraildən İrana cavab
"İlk növbədə Tehran iqtisadi və təhlükəsizlik sahəsində sıxışdırılmış vəziyyətdədir. Biz səs eşidirik. Biz boşboğaz Zərifi eşidirik. Bu tamamilə cəfəngiyyatdır".
Eyni zamanda, Steinitz bunun bir xəbərdarlıq işarəsi olduğuna və İranın İsrailə zərər verəcək bəhanələr axtardığına əmindir.
Qeyd edək ki, Zərif İraqdakı kəşfiyyat məlumatlarına əsasən, İsrail agentlərinin müharibə başlatmaq üçün ABŞ-ın bu ölkədəki mövqelərinə hücumlar hazırladığını bildirmiş, Amerika prezidentinə "tələdən ehtiyatlanmasını" tövsiyə etmişdi.
Şahanə Rəhimli
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


