Türkiyə təyyarəsi təcili eniş etdi

Türkiyə təyyarəsi təcili eniş etdi
  03 Yanvar 2021    Oxunub:1502
“Türk Hava Yolları” aviaşirkətinə məxsus B777-F tipli yük təyyarəsi İstanbulun Atatürk aeroportundan havaya qalxdıqdan qısa müddət sonra geri dönərək təcili eniş edib.
Azvision.az xəbər verir ki, təyyarənin enmə səbəbi quş sürüsü ilə qarşılaşması nəticəsində gövdəsində yaranan nasazlıq olub.

Şirkətdən verilən məlumata görə, karqo təyyarəsi İstanbul-Almatı səfərini yerinə yetirmək üçün hərəkət edirmiş. Hazırda problemin aradan qaldırılması istiqamətində işlər aparılır.

Azvision.az


Teqlər: Türkiyə   Təyyarə  



Xəbər lenti